Tarih: 17.06.2025 13:42

Min ilin intiqami

Facebook Twitter Linked-in

Bati sistemi, Bati Dünyasi birinci dünya müharibəsində Anadolunu türklərdən azad edib doğu Romani- Bizansi yenidən qura bilmədikdə, Atatürkə yenildikdə 100 illik bir müddətdə geri çəkildi. Yenidən hazirlanmaq, yenidən fürsət gözləmək üçün. Lakin, Bati sistemi bu Yüzildə Anadoluda məğlub olmasini sindirə bilmədi, bu məğlubiyyətin adini "tamamlanmamiş dava" qoydu və XX əsr boyu  Bati sisteminin şüuruna və qəlbinə bir hədəf yerləşdirildi, Bati insaninin, Bati siyasətinin  ürəyinə, mərkəzinə  ilmə- ilmə yerləşdirilən bu hədəf " 1453 də Bizansin Türklər tərəfindən işğali, Doğu Romanin çöküşu və İslamlaşdirilmasinin qisasıni almaq, qarşisini kəsmək, Türkləri Anadolu, Ağ dəniz və Orta Doğu coğrafiyasindan silimək, süpürüb atmaq, Doğu Romani bərpa etmək. Bati sistemi  bu hədəfin,  bu stratejinin adini "Min ilin intiqami" qoydu.  

Bati sistemi Vudro-Vilson prinsipləri ilə Türk İslam dünyasini, Osmanlini, Qacar imperatorluğunu dağidib, devirsədə, hələ son amacina çata bilməmişdi.

Bu yüz ildə Bati sisteminin başi 2-ci dünya savaşina,  Rusiya ilə girdiyi soyuq savaşa qarişsada, addim addim irəliləyirdi. İzrailin qurulmasi, Ermənistanin qurulmasi, indi Kürdüstanin qurulmasi "Min ilin intiqami" nın gerçəkləştirilməsi üçün atilan addimlar idi. Bunun da yaninda Türkiyənin 2 dünya savaşindan sonra ABD önderliyində gırov tutulmasi, müstəqil siyasət yeridiə bilməməsi, Türkiyə Türk-İslam zehniyyetinin dəyişdirilməsi, dönüşdürülməsi, batililaşmasi, assimilyasiya edilməsi, öz kültür bağlarindan qoparilmasi, Osmanliya, Osmanli tarixinə və kültür mirasina savaş açilması, öz tarixi keçmişi ile ziddiyyete girmiş toplum inşasi,  türk siyasi kadrolarinin batici devşirmelerden seçilməsi və. S proseslərin baş verməsi- qisasi XXİ yüzilə zəif, dişsiz Türkiyənin hazirlanmasi prosesi aparildi.

SSRİ- nin çöküşündən sonra soyuq savaşin bitmesinin həmən ardından Bati sistemi yeni hədəf, yeni düşmən bəlirlədi. İslam.

Bati mədəniyyətinin İslam mədəniyyəti üzərində zəfər çalmasi gərəkliliyi fəlsəfəyə, stratejiyə işləndi.
2001də, 11 sentyabrdan etibarən  İslam dünyasina savaş başlandi. Bati sistemi iki istiqamətdə savaşi irəlilətdi. Yumşaq güc və Hərbi güc, İşğal.

Yumşaq güclə

" Terrorizmi yenmək", "Diktatorlari devirmək" , " Demokratik düzən qurmaq" , " İnsan haqlarini qorumaq", " Feminizm" , "Özgürlük", "Ərəb bahari" , " Məxməri inqilablar"  adi ilə İslam coğrafiyasinda yuzlərlə sivil təşkilatlar, medya qurumlari, fondlar hərəkətə keçdi.

Hərbi güclə. İşgal və soyqırım.

Hərbi güclə isə Suriya, Əfqanistan, İraq, Liviya işgal edildi, xaos, köç və soyqirim həyata keçirildi.Bir çox ərəb ölkələri istikrarsızlaşdirildi, iç çatışmalar, bölünmələr və çökmələr yaşandi.

" Min ilin intiqami çərçivəsində" bir tərəfdən Ərəb- İslam coğrafiyasi çöktürülürsə, o biri tərəfdən İraq, Suriya,  Türkiyə, İran və Qafqazi içinə alan coğrafiyada- Türk coğrafiyasinda "Dənizdən dənizə böyük Ermənistan", "Ağ dəniz, Kəngər körfəzi və Xəzərə qədərki coğrafiyada Kürdüstan", " Nildən Fərata qədər vəd edilmiş qutsal torpaqlar- böyük İzrail"  projeləri də hərbi- siyasi işğallarla həyata keçirilməyə başlanilir. Bu burulğanlarin içində Türkiyə və Azərbaycan birlikde Qarabağ zəfərini qazanir, böyük Ermənistan ideyasi  iflas etdirilir, lakin Suriyada, İraqda Türk əhali sürgün və qətliam olunur, Kürdüstan qurulur, Kürdüstanin simasinda Böyük İzrail projesi mərhələ mərhələ qazanir, İrəliləyir. Proses Türkiyənin içərisinə keçirilir. Türkiyəni Türk dövləti olmaqdan çixarib federativ Anadolu dövlətinə çevirmək və bu federativ Anadolu Dövlətinin üzərində iki oyun oynamaq. 1. Türkiyəni parçalamaq,  güney doğusunda Kürdustan qurmaq və ya bütövlukdə Anadolu federativ dövlətini bir Kürd dövlətinə çevirmək.  Türkləri silib süpurmək, Anadoludan yox etmək. Azinliq durumuna salmaq. Yaparlarmi? Yaparlar. Bunu İranda 1925 də yapdilar. İran Türk dövlətini İran Fars dövlətinə çevirdilər. Anadoludaki Türk dövlətini də- Türkiyə cümhuriyətini də Anadolu Kürd dövlətinə çevirə bilərlər.  

İrandaki Türk- Azərbaycanlilar da "Bütöv Azərbaycan" ideyasi ilə uyutulur, Bütöv Azərbaycan ideyasini ABD- İzrail birliyi İranin parçalanmasi aşamasinda kullanmağa  çalişir.

Lakin bu Qafqazdan Kəngər körfəzinə qədərki Bütöv Azərbaycan olmayacaq, Guney Azərbaycanin Urmu bölgəsini, Naxçivani, Zəngəzuru da kəsib, bolub Kurdustana qatacaqlar. Türkiyənin cənub şərqini, Ərzincan, Qars, İğdiri da kəsib Kürdustana qatmaqla Türkiyə ilə, Anadolu ilə  əlaqələri kəsilmiş  Yarimciq bir Bütöv Azərbaycan qurulacaq. Türkiyə ilə Azərbaycan arasinda uzanan Ermənistanin cənubunda, Ermənistan sərhədlərinə dayanan Kürdustan qurulacaq, Anadolu ilə Qafqaz platosu bir birindən ayrilacaq, Türk etnosu buradan təmizlənəcək, Türkiyə turkləri  ilə Azərbaycan türkləri bir birindən ayri düşəcək. Sonra zamanla buradaki Türklər də Ermənistanda olduğu kimi yox ediləcək, beləcə Min ilin İntiqami gerçəkləşəcək, Türkiyə və Azərbaycan, İran, Suriya və İraq torpaqlari uzərində İzrail, Ermənistan, Kürdustan, Farsistan qurulacaq. Türklər onlarin əlilə bu coğrafiyadan silinəcəkdir.

Bati sistemi özünün yarimçiq qalmiş, "qazanilmamiş dava" sini qazanacaq, "Min ilin intiqami" alinacaqdir. Orta doğuda, Türk islam coğrafiyasinda musəvi yəhudi, yezidi Kürd, Xristian ermənistan qurulacaq, İslam külturü, İslam hinterlandi parçalanacaq.

İsrail - İran savaşi İranda bir şiyə rejiminin devrilməsi savaşi deyildir, İran coğrafiyasinin dəyişdirilməsi, etno- demoqrafik quruluşunun dəyişdirilməsi savaşidir. Kürdüstanin, əslində isə Böyük İzrailin qurulmasi savasidir, BOP-BİP projesinin tərkib hissəsidir. Türkiyədə Anayasanin dəyişdirilməsi, federativ Anadolu devletinin qurulmasi yönümundə addim addim gercəkləşən siyasətlər, çağirişlar da İran- İzrail savaşlarinin bir parçasidir.

Suriyada Esedin devrilməsi, Suriyanin parçalanmasi, İraqda Səddamin devrilməsi, İraqin parçalanmasi, 
İranda molla rejiminin devrilməsi, İranin parçalanmasi, Liviyada Qəddafinin devrilməsi, Liviyanin dövlət kimi çökməsi, Əfqanistanin dovlət kimi xaos coğrafiyasina çevrilməsi- Bati sisteminin "diktatorluğu devirmək", " insan haqlarini təmin etmək" , "demokratik düzən qurmaq" adlari altinda apardigı- İslam coğrafiyasini parçalamaq, İslam mədəniyəti üzərində zəfər çalmaq siyasətindən başqa bir şey deyildir.

Türkiyə sinirlarinda  30 illik zaman dilimində Suriya işgal edildi, parçalandi, İraq İşgal edildi, Parçalandi, İran - İsrail savaşi da mərhələlərlə 15 il cəkər, sonucda İran parçalanacaq, Türkiyənin sinirlarinda coğrafiya dəyişir, tarixi etno- demoqrafik yapı dəyişir və bütün bunlarin qarşisinda Türkiyə- Biz Türklər necə davam gətirəcəyik, nə edəcəyik? Günün sorusu  budur. 
Bu proseslər Türkiyəni zatən içdən dəyişim, dönüşüm mərhələsinə gətirmişdir.
Bati sistemi- Avroatlantik sistem

Coğrafiyamizda Türksüz bir zaman, Türksuz bir tarix  bâşlatmağa qərarlidir.

Biz türklər bu prosesi durdurmaq, bu sistemin bizə qarşi savaşini qazanmaq məcburiyyətindəyik.

Bati Sisteminin Türk İslam dünyasina qarşi  savaşi mərhələ -mərhələ, dövlət- dövlət, xalq-xalq, rejim- rejim aparilir və qazanilir. Biz bu savaşda bütövü görmürük, hissəni görürük. Məsələn biz İraqin işğal edilməsini, parçalanmasini görüruk, müzakirə edirik, lakin İraqin işgal edilməsinin  Türkiyə və İranin da işgal edilməsi anlamina gəldiyini dərk etmirik. Başa düşməliyik ki, Suriya və İraq, Misir tarixi Türkiyə tarixinin bir parçasidir, bu dövlətlərin tarixi və külturu eynidir, birində baş verənlər o birisini də etkiləyəcəkdir. Bizim Türk- İslam sivilizasiya hinterlandimiz, sivilizasiya içində qurulmuş kiçik kiçik dövlətlərin sərhədləri içinə həbs edilmişdir,  zehnimiz, alqi dünyamiz dövlətimizin sınırlari qədərdir, biz böyük dünyamizi- Türk-İslam kültur coğrafiyamızi görə bilmirik, hiss edə bilmirik, qəlbimiz, ruhumuz bu coğrafiyani yaşamir, ağlimiz dərk etmir. Halbuki 100 il əvvəl belə deyildi. Əhməd Ağaoglunun " Üç mədəniyət" əsərində yazdiği kimi, Bakida top atilanda Qahirə və Kabil, Herat və İstanbul daha onun səsisini duymur, hiss etmir.100 il əvvəl  bizim dünyamizi, sivilizasiyamizi dağidiblar.
İndi isə dövlətlərimizi və coğrafiyamizi dağidirlar. Biz isə baş verənləri hissə -hissə dərk edirik,  bütövün mənzərəsini  görüb dərk edə bilmirik.

BOP-BİP  savaşlari Türkə, Ərəbə,  İslama qarşi bir savaşdir.   Coğrafiyalari dəyişdirən, Türkləri zamanla bu coğrafiyadan silməyi planlayan Rekonkista savaşidir. İran-İsrail savaşi sadəcə bir rejim dəyişdirilməsi savaşi deyildir. İki dövlət savaşi da deyildir. İran Şiyə rejimi bizim, Türklərin düşməni olan bir rejimdir, getməlidir, lakin İrani ABD-İzrail birliyinə yem edərsək, biz də bu prosesin içində yem olub gedəcəyik. Suriya ABD - İzrail birliyine yem oldu, İraqda həmçinin. Sıra İranda, Türkiyədə, Misirdə...

Biz böyük bir savaşin, tarixi prosesin içindəyik.

Bu savaşdan qalib çixmaliyiq

Tanri Türk millətini qorusun!

Yasəmən Qaraqoyunlu.




Orjinal Habere Git
— HABER SONU —